“Kütləvi məzarlıqlar məsələsi beynəlxalq təşkilatlarda qaldırılacaq” – Əhməd Şahidov AŞPA`dan ARB24`ə danışıb

Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. Qeyd edək ki, bundan bir müddət əvvəl də Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilmişdi.

Daha əvvəllər isə kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb. İndiyədək isə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb.

Hazırda Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyasında iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov kütləvi məzarlıqlar məsələsinin beynəlxalq təşkilatlarda qaldırılacağını və bu mühairbə cinayətlərinə görə Ermənistanın beynəlxalq məhkəmələrdə cavab verməli olacağını deyib.

Bu yazını Facebookda şərh et