AŞPA`nın Yay Sessiyasında Azərbaycan və Türkiyə üçün önəmli mövzular müzakirə edilir – Əhməd Şahidov Ulusal Kanal`a danışıb

İyunun 19-da Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyası Fransanın Strasburq şəhərində öz işinə başlayıb. İyunun 23-ə qədər davam edəcək müzakirələrdə Azərbaycan və Türkiyə üçün önəmli olan mövzular da müzakirəyə çıxarılacaq.

Ermənistan tərəfinin təşəbbüsü ilə “Laçın koridorunda sərbəst və təhlükəsiz keçidin təmin edilməsi” mövzusu müzakirəyə çıxarılıb. Azərbaycan nümayəndə heyəti bu mövzunun müzakirəyə çıxarılmasının Ermənistan-Azərbaycan arasında davam edən sülh danışıqlarına mənfi təsir edəcəyi barədə çağırış etsə də, mövzu gündəliyə salınıb və İyunun 22-də AŞPA üzvləri tərəfindən müzakirə ediləcək.

Müzakirə olunan məsələlər arasında Türkiyədə keçirilən seçkilər mövzusu da var.

AŞPA`nın Yay Sessiyasında iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Ulusal Kanal Televiziyasına müsahibə verib və AŞPA`da müzakirə olunan məsələlərlə bağlı şərh edib.

Bu yazını Facebookda şərh et