“AŞPA`nın bugünkü qətnaməsi Azərbaycan-Ermənistan sülh prosesinə mane olur” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bugün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyası çərçivəsində “Laçın Koridorunda azad və təhlükəsiz keçidin təmin olunması” başlıqlı müzakirələr baş tutub. Ermənistan tərəfinin təşəbbüsü ilə keçirilən müzakirələrdə AŞPA üzvü olan irlandiyalı deputat Paul Gavan`ın hazırladığı qətnamə dinlənilib.

Qərəzli və iftira xarakterli məlumatlarla dolu bu qətnamədə “Laçın Koridorunda gediş-gəlişin məhdudlaşdırıldığı və Qarabağdakı erməni sakinlərin həyatlarına təhlükə olduğu” barədə həqiqətə uyğun olmayan iddialar öz əksini tapıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri bu müzakirələrdə əks arqumentlərlə çıxış edərək, hazırlanan qətnamədə əksini tapan məqamlara dair fikirlərini ifadə ediblər.

AŞPA`nın Yay Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 kanalına müsahibəsində AŞPA məruzəçisinin hazırladığı bu qətnamənin qərəzli və siyasi sifarişli sənəd olduğunu bildirib və siyasi məqsədlə hazırlanan bu sənədin Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə mane olduğunu bildirib.

Bu yazını Facebookda şərh et