“Fransa-Azərbaycan münasibətləri gərginləşir” – Əhməd Şahidov Ulusal Kanal`a danışıb

İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.

Digər tərəfdən, iyunun 28-də Azərbaycan Dövlət Televiziyasının əməkdaşları Fransada çəkiliş apararkən təzyiqə məruz qalıb. Azərbaycanlı jurnalistlərin texniki avadanlıqları sındırılıb, özlərinə isə fiziki xəsarətlər yetirilib.

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyasında Fransanın dəstəyi ilə Azərbaycan əleyhinə qətnamə qəbul edilib və guya “Laçın Koridorunun qapalı olması” ilə bağlı Azərbaycan hökumətinə çağırış edilib.

Bütün bu məsələlər Fransa-Azərbaycan münasibətlərində yeni gərginliyə səbəb olub. Bu gərginliyi Ulusal Kanal Televiziyasına şərh edən siyasi şərhçi Əhməd Şahidov Fransanın qərəzli və birtərəfli siyasətinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir etdiyini bildirib.

Bu yazını Facebookda şərh et