“Beynəlxalq Ədalət Məhkəməsinin Laçın koridoru ilə bağlı qərarı Ermənistanın fiaskosudur” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdi.

Ermənistanın Azərbaycana qarşı qaldırdığı növbəti əsassız iddiaya beynəlxalq səviyyədə rədd cavabı verilib. Dünyanın ən ali məhkəmə orqanı – Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) hesab edib ki, Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın qaldırdığı vəsatətin heç bir əsası yoxdur.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ədalətli addım kimi qiymətləndirib: “Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır. Bu məsələdə Azərbaycan haqlı tərəfdir və beynəlxalq məhkəmə də Azərbaycanın haqlı mövqeyini əsas götürərək, qərar çıxarıb.”

Bu yazını Facebookda şərh et