“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan əleyhinə yeni qərarları olacaq” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin Laçın Koridoru ilə bağlı son qərarı ciddi beynəlxalq sənəddir. Artıq beynəlxalq qanunlar Laçın Koridorunu Azərbaycanın suveren ərazisi olaraq tanıyır və bu məsələdə Ermənistanın qaldırdığı iddialar əsla qəbul olunmur.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bundan sonra da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan və Ermənistan arasında məhkəmə çəkişmələrinin şahidi olacayıq: “Azərbaycanın əlində ciddi sübut və sənədlər var. 30 ildir ki, işğala məruz qalmış Azərbaycan azad edilmiş ərazilərdə erməni vandalizmini beynəlxalq məhkəməyə daşımaqdadır. Düşünürəm ki, ilin sonuna qədər Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldıracağı iddiaları üzərində məhkəmə prosesləri keçiriləcək. Məqsəd Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmaq və ədaləti bərpa etməkdir.”

Bu yazını Facebookda şərh et