“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyəti ciddi araşdırılmalıdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ bölgəsində yol verdiyi qanunsuzluqlarla bağlı məlumat yayıb. Bəlli olub ki, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıqla məşğul olublar. Bu ifşaedici məlumatdan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi Laçın yolu ilə Xankəndiyə qanunsuz daşımaları etiraf edən məlumat yayıb.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti uzun illərdir ki, birmənalı qarşılanmır və əsasən ermənilərin məkrli maraqlarına xidmət edir: “Son hadisələr də göstərdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar məqsədlərdən daha çox, birtərəfli qaydada, yəni ermənilərin işğalçı maraqlarına xidmət göstərməklə məşğuldur. Düşünürəm ki, bundan sonra Azərbaycan Respublikası ərazisində BQXK`nin İrəvan Ofisinin fəaliyyət göstərməsi yolverilməzdir və Qarabağda yaşayan ermənilər öz məsələləri ilə bağlı qurumun Bakı Ofisi ilə əlaqə qurmalıdırlar. Çünki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı son fəaliyyəti hüquqi müstəvidə kobud qanun pozuntusu olmaqla yanaşı, həm də ciddi beynəlxalq qalmaqal sayılır.”

Bu yazını Facebookda şərh et