Əhməd Şahidov 15 iyul hadisələri və FETÖ terror təşkilatının Türkiyə və Azərbaycandakı fəaliyyəti barədə ANews kanalına danışıb

Türkiyədə 2016-cı il iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) məğlubiyyəti ilə nəticələnən dövlət çevrilişi cəhdi nəticəsində azı 252 nəfər ölüb, 2700-dən çox insan yaralanıb.

15 İyul hadisələrinin yeddinci ildönümündə bütün dünyadakı Türklər ölümcül çevriliş cəhdinin qurbanlarını yad ediblər.

2016-cı ildən başlayaraq, hər il iyulun 15-i Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur, ölkədə qiyamçılara qalib gələrək Şəhid olanların xatirəsini yad etmək və xalqın şücaətini bir daha xatırlamaq üçün tədbirlər keçirilir.

ANews Televiziyasına danışan siyasi şərhçi Dr. Əhməd Şahidov bildirib ki, Türkiyə xalqı bu təhlükənin qarşısında dayanaraq, cəsarətlə dünyaya nümayiş etdirdi ki, demokratik yolla seçilmiş hökumətin devrilməsinə və millətin iradəsinə qarşı çıxanların əməllərinə imkan verməyəcək.

Bu yazını Facebookda şərh et