Əhməd Şahidov Ulusal Kanal`da önəmli mövzulara toxundu – Azərbaycanda FETÖ əməliyyatları

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri bugün Moskvada üçtərəfli görüş keçiriblər. Görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə edilib.

İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib. Bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub. FETÖ ilə yaxın əlaqələri olan siyasi partiya liderlərindən biri Qubad İbadoğlu da həbs edilib.

Gündəmdə olan bu mövzularla bağlı Ulusal Kanal Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov aparıcı Serkan Aksarı`nın suallarını cavablandırıb.

Bu yazını Facebookda şərh et