“Qərb dövlətləri FETÖ ilə mübarizədə Azərbaycana mane olmağa çalışır” – Əhməd Şahidov Xəzər Televiziyasına danışıb

Bu günlərdə ölkə ərazisində keçirilən əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan bir-neçə şəxs həbs edilib. Həbs olunan şəxslər barəsində hazırda istintaq tədbirlərinin aparıldığı bir dönəmdə bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdə paylaşımlar ediblər və bu həbsləri tənqid ediblər.

Bu cür paylaşımlar birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Həmin diplomatlar da gözəl bilirlər ki, Azərbaycan müstəqil ölkədir, belə məsələlər qanunlara uyğun şəkildə müstəqil məhkəmə orqanları tərəfindən tənzimlənir.

Məsələ ilə bağlı Xəzər Televiziyasına açıəqlama verən hüquq müdafiəçisi Əhmıd Şahidov Qərb dövlətlərinin Azərbaycanın daxili işlərinə qarışmasının əvvəllər də baş verdiyini bildirib və bunun əksinə olaraq, Azərbaycanın haqlı olduğu bir sıra məsələlərdə həmin təşkilatların və səfirliklərin səssiz qaldıqlarını vurğulayıb.

Bu yazını Facebookda şərh et