Əhməd Şahidov Erdoğan-Putin görüşünü ANews kanalında şərh etdi

Bugün Moskvada Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında görüş baş tutub. Görüşdə iki ölkə arasında münasibətlər, Sentyabrın 4-də Soçidə keçiriləcək Erdoğan-Putin görüşü və Taxıl Razılaşmasınım uzadılması məsələləri müzakirə olunub.

Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin arasında Sentyabrın 4-də Soçidə keçirilməsi nəzərdə tutulan görüş bütün dünyanın diqqət mərkəzindədir. Tərəflər arasında müzakirə olunacaq məsələlər arasında əsasən Taxıl Anlaşması və Ukryanadakı savaşın durdurulması məsələləridir.

Türkiyənin ingilis dilli ANews kanalının qonağı olan siyasi şərhçi Əhməd Şahidov Türkiyənin son illər dünyada sülhün əldə edilməsindəki vasitəçilik missiyasını yüksək qiymətləndirib və Recep Tayyip Erdoğan və Vladimir Putin arasında baş tutacaq görüşdən müsbət nəticələr gözlədiyini qeyd edib.

Bu yazını Facebookda şərh et