Azərbaycan və Ermənistan yenidən savaşın bir addımlığında – TVNET`də müzakirə – Cüneyt Özdemir soruşur

Artıq bir-neçə həftədir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik qalmaqdadır. Erməni tərəfi son günlər intensiv surətdə Azərbaycanın hərbi mövqelərini atəşı tutur. Azərbaycan da qarşı tərəfin təxribatlarına qətiyyətlə cavab verir.

Son 72 saat isə durum daha da gərginləşib. Ermənistan ordusu sərhədə toplanıb, Yerevanda fəal səfərbərlik davam edir, Xankəndidə səngərlər qazılır.

Azərbaycan Ordusu da buna cavab olaraq sərhədə maksimum canlı qüvvə və hərbi texnika toplayıb. Yaxın günlərdə yeni müharibənin başlayacağı gözləniləndir.

TVNET kanalının “Xəbər Mərkəzi” proqramında Azərbaycan-Ermənistan yaşanan gərginlik müzakirə olunub. Aparıcı Cüneyt Özdemir`in qonaqları Dr. Ahmet Şairoğlu, jurnalist Nigar İbrahimova və Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş idi.

Bu yazını Facebookda şərh et