“Cənubi Qafqazda növbəti toqquşma regional müharibəyə çevriləcək” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Azərbaycan və Ermənistan dövlət sərhədində gərginlik davam etməkdədir. Ermənistan silahlı birləşmələri müxtəlif vaxtlarda Azərbaycanın hərbi mövqelərini atəşə tutur və sərhəd boyu hərbi qüvvə toplayır, səngərlər qazır. Bütün bu hərəkətlilik Azərbaycan tərəfindən izlənilir və Azərbaycan ordusu da savaşa hazır duruma gətirilib. Tərəflər arasında hər an hərbi toqquşmalar başlaya bilər.

TRT Arabia kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov növbəti hərbi əməliyyatların Ermənistan ərazisində olacağını vurğulayaraq, Ermənistanın təxribatlarının cavabsız qalmayacağını bildirdi.

Bu yazını Facebookda şərh et