“Ağdam-Xankəndi yolunun işə düşməsi Qarabağdakı erməni sakinlərin yaşamını yüngülləşdirəcək” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bugün Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Xankəndi yolu ilə Xankəndiyə humanitar yardım aparıb.

Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb. Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi reallığa çevrilib.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “Gündəm” verilişinin qonağı olan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, rəsmi Bakının qətiyyətli siyasi iradəsi nəticəsində Ağdam-Xankəndi yolu ilə hərəkət baş tutdu. Bundan sonra Qarabağdakı ermənilər həmin marşrut üzrə Ermənistana gedib gələ bilərlər. Bu marşrutun işə düşməsi Qarabağdakı erməni sakinlərin yaşamını xeyli yüngülləşdirəcək.

Bu yazını Facebookda şərh et