Azərbaycan-Ermənistan arasında gərginlik və Zəngəzur Koridoru müzakirələri – TRT Arabia kanalında

Azərbaycan və Ermənistan arasında davam edən gərginlik artıq dünya gündəmindədir. Təkcə bölgə ölkələri deyil, dünya gücləri də Cənubi Qafqaz uğrunda mübarizəyə qoşulur.

Bəs Cənubi Qafqazda bugün nələr olur? Azərbaycan və Ermənistan arasındakı gərginlik regional müharibəyə çevrilə bilərmi?

Bu mövzu TRT Arabia kanalının “Wa lana waqfa” proqramında müzakirə olunub. Müzakirələrdə iştirak edən araşdırmaçı-yazar Dr. Basel Haj Jasem və siyasi şərhçi Dr. Əhməd Şahidov Cənubi Qafqazda davam edən gərginliyin bölgəsəl müharibəyə çevrilmə ehtimalı üzərində fikir mübadiləsi aparıblar.

Bu yazını Facebookda şərh et