Russia Today kanalında Azərbaycan və erməni ekspertlər arasında gərgin bir debat baş tutub

24 saatlıq antiterror əməliyyatlarından sonra Azərbaycan özünün dövlət suverenliyini tam bərpa edib və Qarabağda həyat yenidən canlanmağa başlayıb. Bugün Azərbaycan dövləti Qarabağın erməni sakinlərinin sosial və məişət ehtiyaclarını təmin etməkdədir.

Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası gündəmdə duran əsas məsələdir. Digər tərəfdən, qeyri-qanuni erməni silahlı qrupların Qarabağda gizlətdikləri silah anbarları aşkar edilərək, müsadirə edilir.

Mövzu ilə bağlı Russia Today Arabic kanalında Azərbaycan və erməni ekspertlərin iştirakı ilə debat baş tutub. Debatda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın bölgədə sülh və barışa çalışdığını və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunacağını bildirib. Debat Azərbaycan və erməni ekspertlərin qarşılıqlı arqumentləri ilə davam edib.

Bu yazını Facebookda şərh et