Əhməd Şahidov Türkiyənin Akit Televiziyasında Qarabağdakı Böyük Zəfəri şərh etdi

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror əməliyyatları nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu və Bakının irəli sürdüyü şərtləri qəbul etdi.

Bugün Qarabağ tamamilə erməni militanlardan təmizləndi. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

Mövzu ilə bağlı Türkiyənin Akit Televiziyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunacaq və Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malik olacaqlar. Lakin Qarabağdakı ermənilərin xüsusi imtiyazlara və statusa malik olacağı ilə bağlı gözləntilər əsassızdır. Çünki, Azərbaycanın digər vətəndaşları kimi, Qarabağdakı ermənilər də hüquq və azadlıqları ilə yanaşı, məsuliyyətlərini də dərk etməli və Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar.

Bu yazını Facebookda şərh et