Əl Cəzirə kanalında Azərbaycanlı və erməni ekspertlərin debatı – Əhməd Şahidov və Sergey Melkonyan

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror əməliyyatları nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu və Bakının irəli sürdüyü şərtləri qəbul etdi.

Bugün Qarabağ tamamilə erməni militanlardan təmizləndi. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Sentyabrın 21-də isə Azərbaycanın Yevlax şəhərində Qarabağın erməni nümayəndələri ilə rəsmi Bakı arasında ilk görüş baş tutdu.

Mövzu ilə bağlı Al Jazeera Arabic kanalında Azərbaycan və erməni ekspertlərin iştirakı ilə növbəti gərgin debat baş tutub. Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov ilə erməni ekspert Sergey Melkonyan Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror əməliyyatları barədə fikirlərini paylaşdılar.

Erməni ekspertin canlı efirdə yalan və saxta məlumatlar çatdırdığını bildirən Əhməd Şahidov qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunacaq və Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malik olacaqlar. Lakin Qarabağdakı ermənilərin xüsusi imtiyazlara və statusa malik olacağı ilə bağlı gözləntilər əsassızdır. Çünki, Azərbaycanın digər vətəndaşları kimi, Qarabağdakı ermənilər də hüquq və azadlıqları ilə yanaşı, məsuliyyətlərini də dərk etməli və Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar.

Bu yazını Facebookda şərh et