Sky News Arabia kanalında gərgin debat – Əhməd Şahidov və Sako Arian yenidən üz-üzə gəldi

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror əməliyyatları nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu və Bakının irəli sürdüyü şərtləri qəbul etdi.

Bugün Qarabağ tamamilə erməni militanlardan təmizləndi. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Sentyabrın 21-də isə Azərbaycanın Yevlax şəhərində Qarabağın erməni nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçiriləcək. Yevlax görüşündə Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri müzakirə ediləcək.

Mövzu ilə bağlı Sky News Arabia kanalında növbəti gərgin debat baş tutub. Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov və erməni siyasi şərhçi Sako Arian Qarabağdakı ermənilərin hüquq və öhdəlikləri barədə fikir mübadiləsi aparıblar.

Hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunacaq və Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malik olacaqlar. Lakin Qarabağdakı ermənilərin xüsusi imtiyazlara və statusa malik olacağı ilə bağlı gözləntilər əsassızdır. Çünki, Azərbaycanın digər vətəndaşları kimi, Qarabağdakı ermənilər də hüquq və azadlıqları ilə yanaşı, məsuliyyətlərini də dərk etməli və Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar.

Bu yazını Facebookda şərh et