Əhməd Şahidov Misirin Al Qahera kanalına danışıb: “Qarabağ erməniləri üçün yeni dövr başlayır”

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycanın dövlət təmsilçiləri ilə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş zamanı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası üzrə fəaliyyət planı müzakirə olunub.

Bununla belə, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəməyən ermənilər Qarabağı tərk edərək Ermənistana gedirlər. Azərbaycan dövləti Qarabağı tərk etmək istəyənlərə lazımi şəraiti yaradıb.

Qarabağda isə həyat yenidən canlanır. Xankəndi və digər şəhərlərdə elektrik enerjisinin verilməsi bərpa olunub, erməni sakinlərin qida və yanacaq ehtiyacları təmin edilib.

Mövzu ilə bağlı Misirin Al Qahera kanalına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bölgədə həyat yenidən canlanıb və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası üzrə konkret fəaliyyət planı icra olunur. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən, qanunlara hörmətlə yanaşan və vətəndaş kimi məsuliyyətini dərk edən ermənilər qalıb həyatlarına davam edə bilərlər.

Bu yazını Facebookda şərh et