Əhməd Şahidov TRT Arabia kanalına danışıb: “Erdoğanın Naxçıvana səfəri Zəngəzur Koridoruna hesablanıb”

Sentyabrın 25-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Naxçıvana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra əhəmiyyətli müqavilələr imzalanıb. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

Türkiyə prezidentinin özəlliklə də bu günlərdə Naxçıvana səfər etməsi geosiyasi əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanın öz suvurenliyini tam bərpa etdikdən sonra həm Bakı, həm də Ankaranın qarşısında duran əsas məsələ Zəngəzur Koridorunun açılmasıdır. Bu baxımdan Türkiyə prezidentinin Naxçıvana səfər etməsi və orada iqtisadi layihələrlə yanaşı, hərbi-sənaye müəssisəsinin açılışında iştirak etməsi açıq bir mesajdır.

Mövzu ilə bağlı TRT Arabia kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Recep Tayyip Erdoğanın Naxçıvana səfər etməsini təsadüf hesab etmir və bu səfərin ardından Zəngəzur Koridorunun açılması ilə bağlı birgə fəaliyyətin intensivləşəcəyini bildirir.

Bu yazını Facebookda şərh et