Əhməd Şahidov İkinci Qarabağ Müharibəsinin ildönümü münasibətilə TVNET kanalına danışdı

27 Sentyabr Vətən müharibəsinin başlamasından üç il ötür.

2020-ci ilin sentyabrın 27-də İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı.

44 gün sürən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

İkinci Qarabağ Müharibəsinin ildönümü münasibətilə TVNET kanalına danışan hüquq müdafiəçisi Əhməd Şahidov qələbənin qazanılmasında qardaş Türkiyə Respublikasının dəstəyini xüsusilə qeyd edib.

Bu yazını Facebookda şərh et