Sky News kanalında Qarabağ ermənilərinin vəziyyəti müzakirə olunub – Əhməd Şahidov və Sako Arian

Bugün Qarabağda dialoq və inteqrasiya prosesi uğurla davam edir. Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır. Qarabağda qalıb yaşamaq istəyən erməni sakinlər üçün bütün zəruri şərtlər yaradılır. Könüllü şəkildə Ermənistana gedən ermənilər üçün də əlverişli səyahət imkanı yaradılıb. Azərbaycan artıq öz dövlət suverenliyini tam bərpa edib.

Mövzu ilə bağlı Sky Nyus Arabia kanalında Azərbaycan və erməni ekspertlərin iştirakı ilə növbəti gərgin debat keçirilib. Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov və erməni ekspert Sako Arian Qarabağdakı durumla bağlı öz fikirlərini bölüşüblər.

Erməni ekspertin iftira və yalan dolu ittihamlarına cavab verən Əhməd Şahidov Azərbaycan dövlətinin Qarabağdakı erməni sakinlərin bütün hüquq və azadlıqlarını tam təmin edəcəyini və bölgədə sülh və birgəyaşayışın hökm sürəcəyini bildirib.

Bu yazını Facebookda şərh et