Erməni diaspora radikalları Azərbaycan və Türkiyəni hədəfə alıb – Əhməd Şahidov Ulusal Kanal`a danışıb

Son günlər müxtəlif ölkələrdə erməni radikalların Azərbaycan və Türkiyəyə qarşı aqressiv hücumları artmaqdadır. Azərbaycan və Türkiyə diplomatlarına və səfirliklərə hücumlar edən erməni millətçi qruplar Qarabağın azad edilməsi həqiqəti ilə barışmaq istəmirlər.

Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir. Bu təhdidə qarşı Azərbaycan və Türkiyənin müvafiq qurumları birlikdə hərəkət etməli və dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə yönəltməlidir.

Məsələ ilə bağlı Ulusal Kanal Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov erməni radikal qrupların ABŞ, Avropa və digər ölkələrdə fəallaşmasını Qarabağdakı uğrusuzluqları ilə əlaqələndirib və bu təhdidə qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıb.

Bu yazını Facebookda şərh et