BMT missiyası 30 il sonra Qarabağda – Əhməd Şahidov ARB24 kanalında şərh edir

BMT nümayəndələri Azərbaycanın Qarabağ regionuna səfər edərək vəziyyətlə yerində tanış olublar. BMT missiyası burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar.

Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib.

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Məsələ ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov BMT missiyasının Qarabağa ziyarətini Azərbaycanın növbəti diplomatik qələbəsi adlandırıb və erməni yalanlarının ifşası baxımından bu kimi səfərlərin mütəmadi olmasını zəruri hesab edib.

Bu yazını Facebookda şərh et