Əhməd Şahidov Türkiyədə media azadlığının vəziyyəti və terrorla mübarizə tədbirləri barədə ATƏT`də çıxış edib

Oktyabrın 4-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.

Bugünkü müzakirələr “Media azadlığı və ifadə sərbəstliyi: jurnalistlərin təhlükəsizliyi” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyədə media azadlığı və fikir azadlığı barədə məlumat verib, habelə Türkiyənin milli təhlükəsizliyini təhdid edən terrorçu ünsürlərin media azadlığı adı altında Türkiyəyə qarşı terror fəaliyyəti yürütdüklərini bildirib.

Türkiyədə fəaliyyət göstərən Halk TV və onun əməkdaşı Ayşenur Aslanın fəaliyyətini tənqid edən Əhməd Şahidov ABŞ və Avropa ölkələrinin PKK, FETÖ və digər terror təşkilatları nümayəndələrinə dəstək verdiklərini və terroru dəstəkləyən media qurumlarını müdafiə etdiklərini bildirib.

Bu yazını Facebookda şərh et