Əhməd Şahidov ATƏT`də Fələstin xalqına etdiyi dəstək çıxışı barədə TV5 kanalına müsahibə verib

Oktyabrın 9-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib. Bugünkü müzakirələr “Qanunun Aliliyi – Demokratik qanunvericilik: Azad məhkəmələr, ədalətli hökmlər” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ilk növbədə İsrail-Fələstin müharibəsində öldürülən günahsız insanların haqlarını müdafiə edib, beynəlxalq hüquqa görə İsrail Dövlətinin işğal siyasəti yürütdüyünü və Fələstin torpaqlarını zəbt etdiyini bildirib.

BMT-nin Təhlükəszlik Şurasının İsrailin işğalçı siyasəti barədə yüzlərlə qətnaməsi olduğunu və bu qətnamələrin ABŞ tərəfindən veto edildiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Fələstin Dövlətinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmalı olduğunu bəyan edib.

Türkiyənin TV5 kanalına müsahibə verən hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında baş verənləri danışıb.

Bu yazını Facebookda şərh et