“AŞPA`da demokratik dəyərlər iflasa uğrayıb” – Əhməd Şahidov Azərbaycan əleyhinə sənədi şərh edib

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib.

Bu sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca Azərbaycan xalqına münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür.

AŞPA-nın Payız Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında Azərbaycan əleyhinə aparılan müzakirələrin və qəbul edilən qətnamənin AŞPA daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi olduğunu bildirib.

Bu yazını Facebookda şərh et