“Ağ Ev Yaxın Şərqdə müharibənin genişlənməsindən ehtiyyatlanır” – Əhməd Şahidov ANews kanalına danışıb

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. Fələstində öldürülən mülki insanların sayı artmaqdadır. Dünya ictimaiyyətinin çağırışlarını heçə sayan və müharibə cinayətlərini davam etdirən İsrail Ordusu bölgədə yeni hərbi əməliyyatlara başlamaq niyyətindədir.

Bölgədə vəziyyətin daha da şiddətlənəcəyi və üçüncü ölkələrin də münaqişəyə cəlb olunacağı ehtimalı artır.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov TRT Arabia Televiziyasına müsahibəsində Türkiyə Respublikasının Yaxın Şərqdəki humanitar böhrana müdaxilə etmək və İsrailin müharibə cinayətlərini durdurmaq istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib və Türk-İslam dünyasının bu məsələdə Ankaraya yaxından dəstək göstərməli olduğunu bildirib.

Bu yazını Facebookda şərh et