“Yaxın Şərqdəki münaqişə daha böyük miqyas ala bilər” – Əhməd Şahidov Vaşinqtondan ARB24 kanalına danışıb

Yaxın Şərqdə aktiv hərbi əməliyyatlar 20 gündür ki davam edir. Həmas ordusunun İsrailə hücumunun ardından İsrail Ordusu Qəzzada aktiv hərbi əməliyyatlar həyata keçirir və Həmasa aid hərbi obyektlər məhv edilir. Lakin bu hərbi əməliyyatlar zamanı Fələstində həyatını itirən mülki insanların sayı 6500`ə yüksəlib və bölgədə bugün ağır humanitar fəlakət hökm sürməkdədir.

İsrail Dövlətinə açıq dəstək verən ABŞ və Avropa ölkələri də Fələstində yaşanan humanitar fəlakəti görməzdən gəlməkdədir. Hətta ötən gün mətbuat konfransı keçirən ABŞ prezidenti Co Bayden Fələstində ölən insanların sayının çox olduğuna inanmadığını deyib. Ağ Ev rəhbərinin bu açıqlaması ciddi rezonansa səbəb olub.

Hazırda Vaşinqtonda olan hüquq müdafiəçisi Əhməd Şahidov Fələstində yaşananları və ABŞ`ın İsrailə dəstəyini ARB24 Televiziyasına şərh edib.

Bu yazını Facebookda şərh et