“Fələstində yaşananlar beynəlxalq hüququn pozulması və BMT`nin çöküşüdür” – Əhməd Şahidov ANews kanalına danışıb

Artıq 3 həftədir ki, İsrail Ordusu aktiv şəkildə Fələstini bombalayır və ötən həftə başlayan yerüstü hərbi əməliyyatlar da daxil olmaqla, bugünə qədər 9 min mülki fələstinli həlak olub. Ötən həftə Nyu Yorkda BMT Baş Assambleyasında keçirilən təcili müzakirələr zamanı 120 ölkə Fələstində atəşkəsin elan olunması və Qəzzaya humanitar yardımın çatdırılmasına səs versə də, ABŞ`ın veto qoyması ilə bu qətnamə layihəsi də qəbul olunmamış qaldı.

Son 3 həftə ərzində Yaxın Şərqdə yaşananlar bir acı gerçəyi ortaya çıxardı: bugün beynəlxalq hüquq kobud surətdə pozulur və BMT faktiki olaraq çöküb.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ABŞ`ın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini şərh edib və Fələstində hələ də davam edən qətliamın bir səbəbinin də Ağ Evin açıq şəkildə İsrailə dəstək verməsi olduğunu bildirib.

Bu yazını Facebookda şərh et