“ABŞ ordusu İsrailə kömək üçün hazır vəziyyətə gətirilib” – Əhməd Şahidov Vaşinqtondan ARB24`ə danışdı

Ötən gün ABŞ-nin vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib ki, Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır. Vitse-prezident ABŞ-nin İsrailə diplomatik dəstək verdiyini vurğulayıb.

Lakin ABŞ rəsmisinin bu açıqlaması dünya ictimaiyyətinin diqqətini yayındırmağa yönəlib. Çünki, ABŞ ordusu tam hazır vəziyyətə gətirilib və Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxacağı təqdirdə ABŞ ordusu İsrailə dəstək məqsədilə bölgəyə göndəriləcək və aktiv hərbi əməliyyatlarda iştirak edəcək.

Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında ABŞ Ordusunun İsrailə dəstək məqsədilə son hazırlıqlar gördüyünü və Vaşinqtonun bütün mənalarda İsrailin yanında olduğunu və Həmasın tamamilə məhvinə yönəlik ortaq planın mövcud olduğunu da bildirib.

Bu yazını Facebookda şərh et