“Türkiyənin vasitəçilik missiyası ilə Fələstində müharibə durdurula bilər” – Əhməd Şahidov TV5 kanalına danışıb

Artıq 1 aydır ki, İsrail-Fələstin müharibəsi davam edir və Qəzzada öldürülən günahsız mülki insanların sayı 10 minə çatıb. İsrail Ordusu bütün beynəlxalq qanunları heçə sayaraq, Qəzzada hərbi əməliyyatları davam etdirir.

Fələstində davam edən müharibənin genişlənməsi ehtimalı böyükdür. İsrailə dəstək verən ABŞ müharibənin miqyasının genişlənməsini istəmir. Bu məqsədlə ABŞ Dövlət Departamentinin rəhbəri Antony Blinken yaxın günlərdə Türkiyəyə səfər edəcək. Səfər zamanı İsrail-Fələstin münaqişəsi və Qəzzada mülki insanların durumu müzakirə olunacaq.

Mövzu ilə bağlı TV5 kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov Türkiyənin vasitəçilik missiyası ilə Fələstində müharibənin durdurulması və mülki əhalinin humanitar yardımla təmin edilməsi imkanlarını şərh edib.

Bu yazını Facebookda şərh et