Azərbaycanın Hərbi Prokuroru, general-leytenant Xanlar Vəliyev Zəfər Bayramı münasibətilə Əhməd Şahidovun suallarını cavablandırıb

Bu gün Azərbaycanda Zəfər Günüdür – Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi qələbənin üçüncü ildönümü qeyd olunur.

Ermənistanın davamlı təxribatlarına və daha da genişlənən hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin sentyabr ayının 27-də öz ərazilərini işğaldan azad etmək, Ermənistanı sülhə vadar etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmək, məcburi köçkünlərin öz ölkələrinə qaytarılması, eləcə də tarixi ədaləti bərpa etmək məqsədilə 2020-ci ilin Sentyabr ayında Böyük Vətən Müharibəsinə başladı. Bütün Azərbaycan xalqı bu müqəddəs müharibədə birləşdi və səfərbər oldu.

Bu gün Azərbaycan xalqı Böyük Qələbəni qeyd edir. Bu gün Şuşada, Xankəndidə və Qarabağın digər şəhər və kəndlərində Azərbaycan bayrağı dalğalanır. Bu qələbə həm də Azərbaycan-Türkiyə qardaşlığının gücünü bütün dünyaya göstərdi.

8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın Hərbi Prokuroru, general-leytenant Xanlar Vəliyev Türkiyənin Ulusal Kanal Televiziyasına özəl müsahibə verib və Əhməd Şahidovun suallarını cavablandırıb. Respublikanın Hərbi Prokuroru 8 Noyabr Zəfər Bayramı ilə bağlı fikirlərini bölüşüb, bu tarixi qələbənin qazanılmasında Azərbaycan-Türkiyə qardaşlığının roluna diqqət çəkib. Ömrünün son 20 ilini Azərbaycanın Hərbi Prokuroru vəzifəsində çalışmış, Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərin araşdırılmasında və erməni terrorizminin ifşasında böyük xidmətləri olan general Xanlar Vəliyev Türk Birliyinin gücünə diqqət çəkib və getdikcə güclənən Türk Dövlətləri Təşkilatının həm siyasi, həm də hərbi sahədə əməkdaşlığı gücləndirəcəyini bildirib.

Bu yazını Facebookda şərh et