“Bu Zəfər həm də Türkiyənin bayramıdır” – Əhməd Şahidov 8 Noyabr Gününü Akit Televiziyasına şərh edib

Bu gün Azərbaycanda Zəfər Günüdür – Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi qələbənin üçüncü ildönümü qeyd olunur.

Ermənistanın davamlı təxribatlarına və daha da genişlənən hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin sentyabr ayının 27-də öz ərazilərini işğaldan azad etmək, Ermənistanı sülhə vadar etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmək, məcburi köçkünlərin öz ölkələrinə qaytarılması, eləcə də tarixi ədaləti bərpa etmək məqsədilə 2020-ci ilin Sentyabr ayında Böyük Vətən Müharibəsinə başladı. Bütün Azərbaycan xalqı bu müqəddəs müharibədə birləşdi və səfərbər oldu.

Bu gün Azərbaycan xalqı Böyük Qələbəni qeyd edir. Bu gün Şuşada, Xankəndidə və Qarabağın digər şəhər və kəndlərində Azərbaycan bayrağı dalğalanır. Bu qələbə həm də Azərbaycan-Türkiyə qardaşlığının gücünü bütün dünyaya göstərdi.

Mövzu ilə bağlı Akit Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Qarabağdakı tarixi zəfərin Türkiyədə də bayram kimi qeyd edildiyini deyib və 44 günlük İkinci Qarabağ Müharibəsində əldə edilən Böyük Zəfərdə Türkiyə Cümhuriyyətinin roluna diqqət çəkib.

Bu yazını Facebookda şərh et