“İsrail-Fələstin müharibəsi Ukraynadakı savaşı ikinci plana keçirib” – Əhməd Şahidov ARB24`ə danışıb

İsrail-Fələstin müharibəsi artıq 35 gündür ki davam edir. Fələstində həyatını itirən mülki əhalinin sayı 11 mini keçib. Dünya artıq Yaxın Şərqdə davamlı atəşkəsin elan olunması və humanitar fəlakətin aradan qaldıdılması barədə daha gur səslə danışmağa başlayır.

Dünyanın diqqəti İsrail-Fələstin müharibəsinə yönəldiyindən Ukrayna cəbhəsi artıq ikinci plana keçib. Bugün Ukrayna-Rusiya savaşı dünyanı daha az maraqlandırır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Qərbin hər iki münaqişədə aktiv rol almasının çətin olduğunu bildirib və Rusiyanın bu durumdan yararlanmağa çalışığını bildirib.

Bu yazını Facebookda şərh et