“Fransanın Ermənistanı silahlandırması regiondakı sülh prosesinə təhdiddir” – Əhməd Şahidov ARB24`də danışıb

Fransanın ötən həftə Ermənistana yeni silah-sursat göndərməsi bölgədə sülhə ciddi təhdiddir. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi durum bölgədə sülh və əməkdaşlığən bərqərar olmasını qaçılmaz edir. Yeni müharibə Ermənistan üçün daha dağıdıcı nəticələrə səbəb ola bilər. Lakin görünən odur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibədən nəticə çıxarmaq və Azərbaycanın sülh təkliflərinə müsbət cavab vermək əvəzinə, kənardan diqtə edilən revanşist fikirlərə meyllənməkdədir.

Azərbaycan isə sülh gündəliyinə sadiqdir və bu ilin Sentyabr ayında rəsmi Bakı sülh müqaviləsinin yenilənmiş variantını Ermənistana təqdim edib. İndi Ermənistan rəhbərliyi sülh təklifinə öz cavabını verməlidir. Bu prosesi uzatmaqla bölgədə mövcud reallıqları dəyişəcəyinə ümid bəsləyən Yerevan Fransa və digər ölkələrin yalançı vədlərinə inanıb hələ də revanşist xəyallarla yaşayır.

ARB24 Televiziyasının “İşgüzar Səhər” verilişində qonaq olan hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın təklif etdiyi yenilənmiş sülh müqaviləsi və Fransanın Ermənistanı silahlandırması barədə geniş danışıb.

Bu yazını Facebookda şərh et