“ABŞ Cənubi Qafqazda sülh prosesində vasitəçilik hüququnu itirir” – Əhməd Şahidov Ulusal Kanala danışıb

Azərbaycan və ABŞ münasibətlərində gərginlik yaşanmaqdadır. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağın gələcəyi mövzusunda dinləmələr keçirilib və həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn çıxış edib. O, anti-Azərbaycan bəyanatlar səsləndirərək Azərbaycana qarşı qərəzli ifadələr işlədib.

Buna cavab olaraq, Azərbaycan tərəfi Noyabrın 20`də Vaşinqtonda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə qatılmaqdan imtina edib.

Məsələ ilə bağlı Türkiyənin Ulusal Kanal Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, ABŞ artıq Cənubi Qafqazda sülh prosesində vasitəçilik hüququnu itirməkdədir: “ABŞ 30 ilə yaxın müddət ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub və biz o dövrlərdə də ABŞ-nin qərəzli münasibətinin şahidi olmuşuq. Burada heç bir neytrallıqdan söhbət gedə bilməz. Bu gün də ABŞ öz rəsmi şəxslərinin dili ilə bildirir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. ABŞ, ümumiyyətlə, neytrallığını tam itirmiş bir dövlətdir”.

Bu yazını Facebookda şərh et