“Azərbaycana qarşı cinayətlər törətmiş erməni terrorçular cəzasız qalmır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

1992-ci ildə Xocalı soyqırımının törədilməsində iştirak etmiş erməni əsilli terrorçu Raşid Beqlaryanın ifadələri əsasında araşdırmalar davam edir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat vermişdir.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İşgüzar Səhər” proqramına danışan hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan xalqına qarşı törədilmiş müharibə cinayətləri barədə məlumat verib və erməni vandalizmiin ifşası istiqamətində görülən işlərdən danışıb.

Bu yazını Facebookda şərh et