“Rusiya-Ermənistan münasibətləri qopmaq üzrədir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Son həftələr Ermənistan və Rusiya arasında ciddi gərginlik yaşanmaqdadır. Nikol Paşinyanın anti-Rusiya siyasətinə cavab olaraq, rəsmi Moskva artıq iqtisadi təzyiqləri işə salıb.

Ermənistanı Gürcüstan vasitəsilə Rusiyaya birləşdirən Yuxarı Lars keçid məntəqəsi ilə bağlı növbəti problem ortaya çıxıb. Uzun müddətdir erməni hökuməti üçün əsl başağrıya çevrilən bu məntəqə növbəti dəfə Rusiya tərəfindən bağlanıb. Rəsmi İrəvan məsələni siyasiləşdirməməyə çalışsa da, əslində keçidin bağlanması baş nazir Nikol Paşinyanın KTMT sammitində iştirak etməkdən imtina etməsi ilə eyni vaxta düşüb.

Kremlin Ermənistana qarşı iqtisadi rıçaqlarından ara-sıra istifadə etməsini nəzərə alsaq, budəfəki məsələnin də Nikol Paşinyana bir mesaj olduğunu düşünmək olar. Erməni istehsalçılar artıq 5 gündür ki, öz məhsullarını Rusiya bazarlarına daşıya bilmirlər. Əsasən balıq, gül və digər kənd təsərrüfatı məhsulları daşıyan 1700 yük maşını Larsda ilişərək qalıb.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyi şərh edib, eyni zamanda NATO-Rusiya arasında hərbi toqquşma ehtimalını da qiymətləndirib.

Bu yazını Facebookda şərh et