“Qəzzada atəşkəs davamlı olmalı və soyqırım durmalıdır” – Əhməd Şahidov ANews kanalına danışıb

İsrail ilə Həmas arasında atəşkəs bir gün daha uzadılıb. Qətərin vasitəçiliyi ilə baş tutan razılığa əsasən, tərəflər arasında əsirlərin dəyişdirilməsi prosesi davam edəcək. Lakin atəşkəs bitdikdən sonra İsrail Ordusunun hərbi əməliyyatları davam etdirəcəyi bildirilir. Bu isə Qəzzada yeni qətliam və daəıntılar deməkdir.

Mövzu ilə bağlı ANews kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, tərəflər arasında atəşkəs əldə edilməsi sevindirici haldır, lakin bu atəşkəs davamlı olmalı və Qəzza zolağında qətliam durdurulmalı və sülh üçün zəmin hazırlanmalıdır.

Bu yazını Facebookda şərh et