“Müstəqil Fələstin Dövlətinin yaradılması Fələstin xalqının haqqıdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bölgədə sülhə və sabitliyə nail olmaq üçün yeganə yol müstəqil Fələstin Dövlətinin yaradılmasıdır. Bu, həm də Fələstin xalqının suveren haqqıdır. ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bu barədə açıqlama verib və ABŞ-İsrail cütlüyünün Fələstin Dövlətinin yaradılmasına ciddi mane olduğunu deyib.

ABŞ dövlət katibi Antoni Blinkenin post-münaqişə dövründə Fələstin Dövlətinin yaradılması ilə bağlı açıqlamasını siaysi manipulyasiya adlandıran Əhməd Şahidov bu bəyanatın müsəlman-Ərəb ölkələrini sakitləşdirməyə hsablandığını bildirib: “Müstəqil Fələstin Dövlətinin yaradılması İsrailin və dolayısıyla ABŞ`ın milli maraqlarına ziddir. Ona görə də, Tel-Əviv və Vaşinqton bu plana ciddi cəhdlə mane olmağa çalışır.”

Bu yazını Facebookda şərh et