“Azərbaycan Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir” – Əhməd Şahidov TV5 kanalına danışıb

Yaxın Şəqrdə hərbi əməliyyatlar davam etməkdədir. Bir həftəlik atəşkəsdən sonra İsrail Ordusu ilə Həmas arasında toqquşmalar bugün də davam edir və bölgədə humanitar fəlakət mövcuddur.

Münaqişənin diplomatik müstəviddə həlli istiqamətində beynəlxalq ictimaiyyətin təşəbbüsləri bir nəticə vermir. İsrail BMT qanunlarını kobud surətdə pozmaqda davam edir.

Mövzu ilə bağlı TV5 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bölgədə sülh və dialoqun bərqərar olması üçün iki dövlətin mövcud olmasını zəruri hesab edib: “Azərbaycan da Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.”

Bu yazını Facebookda şərh et