Azərbaycan və Ermənistan barış addımı atdı – Əhməd Şahidov Kanal24 kanalına danışır

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan və Ermənistan arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə əsaslanaraq, Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Bu razılaşma iki ölkə arasında sülh danışıqları prosesində ciddi addım hesab olunur və Ermənistan-Azərbaycan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına ümidləri artırır.

Mövzu ilə bağlı Türkiyənin Kanal24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov hərbi əsirlərin dəyişdirilməsinin ciddi addım olduğunu bildirib və iki ölkə arasında sülhün imzalanması üçün Ermənistanın daha səmimi və konstruktiv mövqe sərgiləməli olduğunu diqqətə çatdırıb.

Bu yazını Facebookda şərh et