Ermənistan parlamentinin spikeri Alen Simonyan belə bir açıqlama verib ki, bir neçə gün ərzində Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalana bilər: “Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, – o bildirib.
Ermənistan rəsmiləri zaman-zaman belə açıqlamalar versələr də, əslində Ermənistan sülh prosesində səmimi deyil. Fransa və Hindistandan yeni silahlar alan Ermənistanın məqsədi qeyri-müəyyən olaraq qalır.
ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistan ərazi iddialarından tamamən əl çəkməli və beynəlxalq hüquqa söykənən şərtlər çərçivəsində Azərbaycan ilə sülh müaviləsi imzalamalıdır.