Ermənistan sülh sənədina imza atsa, Azərbaycanla müttəfiq ola bilər – Əhməd Şahidov ARB24`ə danışıb

Ermənistan parlamentinin spikeri Alen Simonyan belə bir açıqlama verib ki, bir neçə gün ərzində Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalana bilər: “Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, – o bildirib.

Ermənistan rəsmiləri zaman-zaman belə açıqlamalar versələr də, əslində Ermənistan sülh prosesində səmimi deyil. Fransa və Hindistandan yeni silahlar alan Ermənistanın məqsədi qeyri-müəyyən olaraq qalır.

ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistan ərazi iddialarından tamamən əl çəkməli və beynəlxalq hüquqa söykənən şərtlər çərçivəsində Azərbaycan ilə sülh müaviləsi imzalamalıdır.

Bu yazını Facebookda şərh et