“Yanvar ayında Azərbaycan və Ermənistan arasında görüş ABŞ-da baş tuta bilər” – Əhməd Şahidov ARB24 kanalna danışıb

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında planlaşdırılıb.

Ermənistan tərəfi ABŞ`da keçiriləcək görüşə razılıq versə də, Azərbaycan tərəfi hələ ki bu barədə rəsmi açıqlama verməyib.

ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov gələn ilin Yanvar ayında Azərbaycan və Ermənistan arasında görüşün ABŞ-da baş tuta biləcəyini bildirib.

Bu yazını Facebookda şərh et