“Əsirlərin dəyişdirilməsi prosesi bu həftə yekunlaşacaq” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov əsirlərin dəyişdirilməsi prosesinin bu həftənin sonuna qədər yekunlaşacağını bildirib.

Bu yazını Facebookda şərh et