Cənubi Amerikada yeni gərginlik ocağı meydana gəlir – Əhməd Şahidov ARB24 kanalına şərh edib

Venesuelada bazar günü, dekabrın 3-də qonşu Qayana ərazisinin demək olar, üçdə ikisinin ilhaqı ilə bağlı referendum keçirilib. Venesuelalıların böyük əksəriyyəti Essekibo bölgəsinin Venesuelaya daxil edilməsini dəstəkləyib.

Mövzu ilə bağlı ARB24 kanalına danışan siyasi şərhçi Əhməd Şahidov Cənubi Amerikada yeni gərginlik ocağının yarandığını və bu addımın qarşılığında Venesuelanın beynəlxalq sanksiyalarla üzləşəcəyini deyib.

Bu yazını Facebookda şərh et