“Fransa Cənubi Qafqazda Azərbaycanı özünə yeni rəqib görür” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Erməni lobbisinin təsiri altında olan fransalı siyasilər son günlər Azərbaycanı hədəfə alan bəyanat və çağırışların sayını artırıblar. Bir qrup fransız ictimai-siyasi xadim, o cümlədən Paris meri Ann Hidalqo 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Fransanın son illər Azərbaycana qarşı kəskin qərəzli mövqe sərgiləməsinin təməlində təkcə ermənipərəst mövqenin dayanmadığını bildirib: “Fransa tarix boyu ermənilərə dəstək verib və Azərbaycan torpaqlarının işğal edilməsini qanuniləşdirməyə çalışıb. Lakin Azərbaycan özünün ərazi bütövlüyü və dövlət suverenliyini bərpa etdikdən sonra, xüsusən də bugün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması gündəmdə olan bir dövrdə Fransanın Azərbaycana qarşı qərəzi hələ də bitməyib, əksinə daha da artıb. Artıq Fransa Cənubi Qafqazda özünə yeni rəqib olaraq, Azərbaycanı görür və hər vəchlə beynəlxalq platformalarda Bakını sıxışdırmağa çalışır.”

Bu yazını Facebookda şərh et